Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamızın üçüncü turdakı qarşılaşmalarını Farer adalarında keçirir.
Fərid Calalovun yetirmələri burada ilk oyununda ev sahibi ilə üz-üzə gəliblər. Oyun komandamızın üstünlüyü ilə keçib. Yığmamız Farer adalarını 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millimiz ilkin mərhələnin son matçına bu gün çıxacaq. Rəqibimiz isə Avstriya yığması olacaq. Bu oyun saat 17:00-da start götürəcək.

Avropa Gümüş Liqası
III tur (Farer adaları)
Azərbaycan - Farer adaları 3:1 (17:25, 25:15, 25:22, 25:23)