AZ

Mövsümü meyvələrin qiyməti “cib yandırır” Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ərik, gilas, çiyələk, albalı və alça kimi meyvələrin mövsümü olsa da, qiymətlər o qədər də ürəkaçan deyil. Belə ki, əvvəlki illərlə müqayisədə hazırda mövsümi meyvələrin qiymətində 2-3 dəfə artım müşahidə olunur.

Bakıvaxtı.az bildirir ki, bu bahalıq meyvələri əlçatmaz edir. Hətta qışa hazırlıq görmək istəyənlər mövsümün ortalarında qiymətlərin ucuzlaşacağına ümid edirlər. Alıcının cibinə uyğun meyvələr isə adətən xarab olmuş məhsullardır.

Bəs görəsən, bu il mövsümi meyvələrin baha olmasının səbəbi nədir?

Mövzu ilə bağlı aqrar sahə üzrə ekspert Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə meyvə qıtlığı var. Bu qıtlıq meyvələrin baha olmasına səbəb olur:

"Qıtlığa səbəb olan əsas amil hava şəraiti ilə bağlıdır. Yağış, külək, dolu və soyuq havalar məhsuldarlığa ciddi şəkildə mənfi təsir göstərib. Bu il normal məhsuldarlığa malik olan meyvə ərikdir. Digər yay meyvələri isə bahadır”.

Akif Nəsirli: Yağış, külək, dolu və soyuq havalar məhsuldarlığa ciddi şəkildə mənfi təsir göstərib

Müsahibimiz qeyd edib ki, mövcud vəziyyətdə hələ də hava şəraiti normallaşmayıb. Yəni, isti hava şəraiti davamlı deyil. Halbuki məhsuldarlığın əsas şərtlərdən biri istilikdir.

Ekspert onu da qeyd edib ki, ötən il də oxşar vəziyyət mövcud idi. Məhsuldarlığın aşağı olması fonunda mövsümi meyvələrin ucuzlaşması müşahidə olunmamışdı.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
9
bakivaxti.az

10Mənbələr