Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə aktyorun bacısı Dilarə Əliyeva “apa.az”a məlumat verib.
Onun sözlərinə görə, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.
“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta