AZ

İsrail – İran müharibəsi nələrə səbəb oldu?

1. İsrailin İrana hücumları başlayır, tərəflər arasındakı eskalasiya və onun riskləri böyüdükcə, Cənubi Qafqaz oxunda geosiyasi reflekslər baş verir. Prosesin əsas ayaqları Naxçıvan Muxtar Respublikasındakı idarəetmə ilə bağlı dəyişikliklər və Azərbaycan-Ermənistan gündəliyi üzrə dinamikalardır.
2. ABŞ ilə İran sövdələşmə kodeksinə sadiq qalaraq, danışıqlar aparır, Vaşinqtonun İrana qarşı hücumlarının müzakirə edildiyi bir zamanda Prezident Donald Trampdan ziddiyyətli açıqlamalar verilir. Mümkün bazarlıqların baş tutacağı təqdirdə, ABŞ ilə İran Cənubi Qafqazda birgə maraq güdəcək layihələri müzakirəyə çıxara bilər.
3. İran İsrailə müqavimət göstərməyi bacarsa da, onun proksi şəbəkələrinin sükutu diqqət mərkəzindədir. Bu, Yaxın Şərqdəki vəkil qüvvələrin funksionallığı itirməsi fonunda onların Cənubi Qafqazdakı hücrələrinin də fəaliyyət mexanizmini gündəmə gətirir.
4. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedir:
– Texniki detal: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsinin açılışı,
– Geosiyasi detal: Azərbaycan-Türkiyə birliyinin yeni formasının Naxçıvan və Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə özünü göstərməsi.
5. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsi üçün irəli sürülən Konstitusiya qanun layihəsi Azərbaycan ictimai müzakirəsində ağırlıq təşkil edir.
6. Naxçıvanla əlaqədar yekun proses:
– Azərbaycanın bu ərazisi ilə quru əlaqəsinin təmin edilməsi üçün Zəngəzur dəhlizinin açılması tezliyinin gündəmə gəlməsi,
– Ardınca isə muxtariyyət statusunun ləğvi.
7. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə tarixi səfərinin əhəmiyyəti NMR-nin ana qanunu ilə bağlı dəyişikliklər və Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərin müşayətində diqqətəlayiqdir.
8. Nikol Paşinyanın Türkiyə səfəri Ermənistanda keçiriləcək seçkilərdə öz hakimiyyətinin qorunması təminatını Azərbaycan və Türkiyə müttəfiqliyinə etibar etməsinin barometri kimi düşünülə bilər. Ofsaydda qalması üçün seçilən hədəflər: Rusiya, İran, ABŞ, Fransa
9. Rusiya Prezidenti Vladimir Putin dünya nizamının formatının qaçılmaz olduğunu bir daha bəyan edir. Bu, Rusiyanın Cənubi Qafqazla əlaqədar siyasətində Zəngəzur dəhlizi prioritetlərinə dəstəyin davam edəcəyi anlamını da verir.
10. Çinin və Böyük Britaniyanın Cənubi Qafqazda artan təmsilçilik çevrəsi: Yeni nizamda bu iki gücün maraqlarının mənzərəsi çox şeyi ifadə edəcək.
Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzi
Seçilən
2
veteninfo.az

1Mənbələr