Bu dərin bağlılığın və davamlı dəstəyin nəticəsi olaraq 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində iki ölkənin dövlət başçıları - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan tərəfindən inşa edilən "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib. Bu əlamətdar hadisə Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsi kimi tarixə düşüb.
Öz çıxışında Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı qardaş ölkənin göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstəyi xatırladan dövlətimizin başçısı bildirib ki, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkənin münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir.
Türkiyənin zəlzələ fəlakətinin ağır nəticələrini qısa müddətdə aradan qaldırması ölkədə formalaşmış güclü dövlət institutlarının çevik fəaliyyəti, xalqla lider arasında dərin etimad və həmrəyliyin parlaq təzahürüdür. Bu fakt bir daha göstərir ki, Türkiyə təkcə regionun deyil, həm də beynəlxalq miqyasda söz sahibi olan, güclü dövlət idarəçiliyi və mükəmməl təşkilatçılıq modeli ilə seçilən nüfuzlu bir güc mərkəzidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu reallığı əsas götürərək qardaş ölkənin çətin sınaqlar qarşısında nümayiş etdirdiyi strateji qərarlılığını və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsl dövlət rəhbərinə xas liderlik keyfiyyətlərini xüsusi olaraq qeyd edib.
"Azərbaycan" məhəlləsi zəlzələdən zərər çəkmiş ailələr üçün uzunmüddətli dəstəyin bariz nümunəsidir. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə 27,6 hektar ərazini əhatə edir, burada 68 ədəd 4 mərtəbəli yaşayış binası inşa olunub, ümumilikdə 1194 mənzil sakinlərin istifadəsinə verilib. Məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial infrastruktur obyektlərindən ibarət bu məhəllə möhtəşəm bir yaşayış kompleksidir. Məktəb və uşaq bağçası binaları müasir tədris standartlarına cavab verir, 20 ibtidai sinif otağı, musiqi və rəsm dərsləri üçün yaradılmış xüsusi otaqlar, texnologiya və mühəndislik sahəsində təcrübə qazandıran emalatxanalar burada fəaliyyət göstərəcək. Bu, sadəcə təhsil layihəsi deyil, burada yaşayan uşaqlar üçün gələcəyə ümid, əmin-amanlıq və qardaş sevgisi üzərində qurulmuş həyatın bünövrəsidir. Uşaqların dövlət başçılarını sevinclə qarşılamağı bu məhəllənin mənəvi baxımdan nə qədər dəyərli olduğunu göstərir. Burada yaradılan şərait, inşa edilən obyektlər - hər biri gələcək nəsillərin qardaşlıq ruhunda böyüməsinə xidmət edir.
"Azərbaycan" məhəlləsi yalnız bir yaşayış kompleksi deyil, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümüdür. Bu layihə dövlətlərarası münasibətlərin insani əsaslarla qurulmasının bariz nümunəsi kimi ortaq keçmiş və gələcəyimizin rəmzinə çevrilib. Məhəllənin açılışı ilə bir daha sübut olunub ki, Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində də, sevincli anlarında da daim yan-yana olublar və olacaqlar.
"Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin anlarda verilən qərarlar yüzilliklərin taleyini dəyişir. 15 İyun 1993-cü il - Milli Qurtuluş Günü məhz belə taleyüklü bir gündür. Həmin gün ölkəmizin uçurumun astanasından geri döndüyü, dövlətçiliyimizin süqut təhlükəsindən xilas olduğu, xalqın yenidən öz iradəsinə, inamına və gələcəyinə sahib çıxdığı gün kimi tarixə düşüb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Müstəqilliyin ilk illərində baş verən xaos, siyasi qarşıdurmalar, iqtisadi böhran və silahlı toqquşmalar, həmçinin Qarabağ cəbhəsində yaşanan məğlubiyyətlər insanlarda dərin ümidsizlik yaratmışdı. Ölkənin hər yerində anarxiya, özbaşınalıq hökm sürür, xalqın etimadı günbəgün itirilməkdə idi. Məhz belə bir ağır dövrdə Azərbaycan xalqı nicat yolunu dahi lider Heydər Əliyevin siyasi arenaya qayıdışında gördü. Bu qayıdış sadəcə bir siyasətçinin yenidən vəzifəyə gəlməsi deyildi Bu, xalqın iradəsinin təcəssümü, milli ruhun dirçəlişi idi. Ulu öndər Heydər Əliyev öz müdrikliyi, soyuqqanlılığı və dövlətçilik təcrübəsi ilə Azərbaycanı böhrandan çıxardı. O, yalnız sabitlik yaratmadı, həm də Azərbaycanın gələcəyini müəyyən edən əsas strateji istiqamətləri formalaşdırdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesi başladı, Konstitusiya qəbul edildi, iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, xarici siyasətdə balanslı mövqe tutuldu. Bu gün Azərbaycanda gördüyümüz hər bir uğurun təməlində məhz o illərdə atılmış addımlar dayanır. Ən əsası isə Ulu Öndər xalqda inam yaradaraq sübut etdi ki, xalqla bir olan rəhbər tarixin ən çətin məqamlarında belə doğru yol tapa bilər. 15 İyun tarixini dəyərli edən də məhz bu birliyin və həmrəyliyin rəmzinə çevrilməsidir.
Bu gün biz müstəqil, güclü, qalib Azərbaycan dövlətində yaşayırıq. 30 ildən artıq keçən bir dövrdə dövlətimiz regionun liderinə çevrilib, hərbi və iqtisadi gücünü sübut edib. Qarabağın işğaldan azad olunması ilə tariximizdə yeni mərhələ başlanıb. Bütün bu uğurların əsasında dayanan ideoloji və siyasi xəttin başlanğıc nöqtəsi isə 15 İyun - Milli Qurtuluş Günüdür".
Bədəl Bədəlov
Milli Məclisin deputatı