AZ

Hansı əmək növü daha çox kalori yandırır?

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnsanların zehni fəaliyyət zamanı çoxlu kalori sərf etdikləri fikri geniş yayılıb. Lakin bu, həqiqətə nə dərəcədə uyğundur?

Lent.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, rusiyalı terapevt və diyetoloq Yelena Ustinova bu məsələyə aydınlıq gətirib.

"Əhali arasında belə bir fikir var ki, beyin çox enerji, müvafiq olaraq da çox kalori sərf edir. Bu məntiqə əsasən, bəziləri düşünür ki, daimi zehni fəaliyyətlə məşğul olan insanlar arıq olmalıdır. Amma bu, heç də belə deyil", - deyə həkim vurğulayıb.

Ustinovanın sözlərinə görə, hətta ən intensiv zehni iş zamanı belə, beyin saatda əlavə olaraq cəmi 25 kilokalori sərf edir. Kompüter arxasında və ya kitab oxuyaraq oturan insan saat ərzində sadəcə 50-75 kilokalori sərf edir. Beləliklə, hətta çox gərgin zehni fəaliyyət zamanı belə, maksimum sərf olunan enerji 100 kilokaloridən artıq olmur.

Fiziki fəaliyyətə gəldikdə isə, məsələn, saatda 5 km/saat sürətlə sürətli addımlarla yeriməklə təxminən 250 kilokalori yandırmaq mümkündür. Aktiv rəqs və ya xizək sürmə zamanı isə bu göstərici 600 kilokaloriyə çata bilər.

"Beləliklə, heç bir şübhə yoxdur ki, ən çox kalori itkisi məhz yüksək fiziki yüklənmələr zamanı baş verir, zehni fəaliyyət zamanı yox", - deyə Yelena Ustinova yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
lent.az

1Mənbələr