AZ

“Vaşinqtondan Təl Əvivə zəng etmək kifayətdir”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ İsrailin hərbi əməliyyatlarına qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavab verməyə hazır olacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC News”a bildirib.

A. Əraqçi İranın regiondakı Amerika hərbçiləri də daxil olmaqla, cavab zərbələri endirib-endirməyəcəyi ilə bağlı sualı cavablandıran zaman, “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyib.

O, əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər:

“Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
3
qafqazinfo.az

5Mənbələr