AZ

Sertifikasiya kimə çətindir?: Zəif hazırlaşanlara, yoxsa hamıya...

Sosial şəbəkələrdə müəllimlər Azərbaycan dili və ədəbiyyat fənni üzrə təqdim olunan sualların kifayət qədər çətin və qəliz olduğunu bildirirlər.

 

Bəs, sertifikasiya imtahanının suallarından şikayətlənənlər yaxşı hazırlaşmayanlardırmı? Yoxsa həqiqətən də sualların səviyyəsi olduqca qəlizdir?

 

AzEdu.az-a bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu danışıb.

 

Onun sözlərinə görə, Müəllimlərin işə qəbulu (MİQ), istərsə də sertifikasiya imtahanlarında daha çox akademik bilik deyil, test tərtibatçılarının bilik gücünü nümayiş etdirmək forması olur:

 

"Sertifikasiya müəllimlərin birbaşa təhsilinin keyfiyyətinə təsir edən amildir. Sertifikasiya imtahanlarından şikayət edənlər daha çox zəif hazırlaşan müəllimlərdir. Ancaq bütün şikayətləri bu faktora bağlamaq da düzgün deyil.
İştirakçılar arasında uzun illər təcrübəsi olan, savadlı müəllimlər var ki, onlar bəzi sualların həddindən artıq akademik və real dərs prosesindən uzaq olduğunu qeyd edirlər.


Ümumiyyətlə, sosial şəbəkələrdə bu haqda eyni narahatlıq qeyd edilirsə, ortada sistemli problem ola bilər. Suallara baxmaq lazımdır ki, kurikulum və dərs prosesinə uyğundurmu? Terminoloji baxımdan akademik dil istifadə edilirmi?".

 

"Fikrimcə, burada balans problemi var. Sertifikasiya prosesi keyfiyyətə nəzarət, həmçinin peşəkarlığa təşviq etmək üçün vacibdir", - deyə ekspert qeyd edib.

 

"İmtahanın məqsədi ən zəifləri ayırmaq yox, peşəkar olanları təsdiqləmək olmalıdır. Ümumilikdə, istər Müəllimlərin işə qəbulu (MİQ), istərsə də sertifikasiya imtahanlarında daha çox akademik bilik deyil, test tərtibatçılarının bilik gücünü nümayiş etdirmək forması olur. Bu da təhsildə motivasiyanı azaldır.
MİQ imtahanından keçib işə qəbul olanlar çətinlik yaşamırlar. Xüsusilə, ən çox şikayət vaxtilə köhnə qaydalarla təhsil müəssisəsinə qəbul olanlardandır. Ümumilikdə, sertifikasiya təhsilin sağlamlaşdırılması və savadlı müəllimləri önə çıxartmaq baxımından olduqca önəmli prosesdir".

Seçilən
16
azedu.az

1Mənbələr