AZ

Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

Poliqon bu barədə İsrailin dövlət televiziyasına istinadən xəbər verir. 

Telekanalın məlumatına görə, Rusiya tərəfi ABŞ administrasiyasını, prezident Donald Trampı İrana zərbə endirmək qərarından yayındırmaq məqsədi ilə mesaj verib.

Müəlliflər vurğulayırlar ki, İsrail ABŞ-ın İslam Respublikasına hücum etməyə hazır olduğuna əmindir və bu, hər an baş verə bilər. Yayımcının bir sıra mənbələri hazırda Amerika prezidentinin danışıqları davam etdirməyə daha çox meylli olduğunu bildirib.

Bundan əvvəl Tramp bildirib ki, o, İsrail hakimiyyətini İran ərazisinə zərbələri dayandırmağa çağırmaq niyyətində deyil.

Poliqon.info 

 

Seçilən
7
poliqon.info

1Mənbələr