İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikmək və 500 mövcud sığınacaqları təmir etmək planını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Qeyd edilib ki, təmiri planlaşdırılan sığınacaqlar əsasən İsrailin son günlər İran tərəfindən dəfələrlə atəşə tutulan mərkəzi hissəsində yerləşir və yeni mobil sığınacaqlar ölkə boyu həssas ərazilərə göndəriləcək.