AZ

Devid Linçin görün hansı şəxsi əşyaları satıldı - 4,25 milyon dollara...

Amerikalı dünya şöhrətli mərhum rejissor Devid Linçin şəxsi əşyaları Los-Ancelesdə keçirilən hərracda 4,25 milyon dollara satılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərracda 450-yə yaxın əşya nümayiş etdirilib.

Ən yüksək təklif onun yarımçıq qalmış "Ronni Roket" filminin ssenarisinə gəlib - 195 min dollar.

104 min dollara "Mulholland Drive" filminin ssenariləri, 91 min dollara "Twin Peaks" teleserialının pilot bölümünün ssenarisi alıcı tapıb. Linçin adı həkk olunmuş direktor kreslosu isə 70 min dollara satılıb.

Seçilən
13
1
publika.az

2Mənbələr