AZ

Qızıl sürətlə bahalaşsa da, mərkəzi banklar alışdan geri çəkilmir

Bakı. Trend:

Qızılın ilin əvvəlindən etibarən 31 faiz bahalaşmasınabaxmayaraq, dünya üzrə mərkəzi banklar bu qiymətli metala sərmayəyatırmaqda israrlıdır.

Trend xəbər verirki, Beynəlxalq Qızıl Şurasının (WGC) apardığı sorğuya əsasən,mərkəzi bankların 43 faizi qiymət artımına rəğmən qızılehtiyatlarını artırmağı planlaşdırır. Bu göstərici son altı ilin –yəni 2018-ci ildən bu yana – ən yüksək səviyyəsidir.

Xatırladaq ki, 2024-cü ilin aprelində bu göstərici cəmi 23 faizidi.

Sorğuda iştirak edən 72 mərkəzi bankın heç biri qızılrezervlərini azaltmağı düşünmür. Hazırda dünya üzrə rəsmi olaraqaçıqlanan qızıl ehtiyatlarının həcmi 36 min tonu ötərək yeni tariximaksimuma çatıb.

Mütəxəssislərin fikrincə, geosiyasi risklər, yüksək inflyasiyavə dolların dəyəri ilə bağlı qeyri-müəyyənlik mərkəzi banklarıqızılı etibarlı aktiv kimi saxlamağa vadar edir.

Seçilən
79
40
az.trend.az

10Mənbələr