Məşqçi Piter Fyuri deyib ki, oğlu Hyu ağır çəkidə dünya çempionu titulu uğrunda yeni döyüşə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Boxingnewsonline” yazır.
30 yaşlı Fyuri iyunun 28-də belçikalı Maykl Pirotonla rinqə çıxacaq.
Hyu Fyuri (30-3, 17 KO) xəstəlik səbəbindən üç illik fasilədən sonra 14 ay ərzində beşinci dəfə döyüşəcək.
2017-ci ilin sentyabrında Taysonun əmisi oğlu Mançester Arenada WBO çempionu Cozef Parkerə uduzmuşçdu.