Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, “Beşiktaş” “Spartak”ın yarımmüdafiəçisi ilə yeni müqavilə məsələsinin inkişafını izləyir.
Əgər “qırmızı-ağlar” 2026-cı ildə başa çatacaq müqaviləni uzada bilməsələr, Türkiyə klubu futbolçunu transfer etmək üçün addımlar ata bilər.
Ötən mövsüm Litvinov Rusiya Premyer Liqasında 21 oyun keçirib, amma məhsuldarlıqla fərqlənməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta