ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranda Amerika quru qoşunlarının istifadəsi ehtimalını müzakirə belə etmək istəmir.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən quru qoşunları barədə danışmaq istəmirəm. Quru qoşunları ən son istifadə olunmalı variantdır,” – deyə ABŞ prezidenti vurğulayıb.