“Açığı, çempionatın səviyyəsi gözlədiyimdən də yaxşıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın legioneri Alfons Msanqa deyib.
2025-ci ilin əvvəlindən ölkəmizdə çıxış edən tanzaniyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqası barədə təəssüratlarını bölüşüb:
“Premyer Liqada çox güclü rəqabət var. Bütün komandalar bir-birindən xal almağa çalışır və bunu bacarır.
Ən çox bəyəndiyim burada döyüşkənliyin və sürətin olmasıdır. Liqada həm fiziki cəhətdən güclü, həm də texniki baxımdan hazırlıqlı futbolçuların top qovması xoş haldır”.