ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Amerikalı məşhur reper Kris Braun 2023-cü ildə Londonda gecə klubunda baş verən hücum hadisəsi ilə bağlı irəli sürülən ittihamları rədd edib.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı "Variety" nəşri yayıb.
Londonda baş tutan məhkəmə prosesinin istintaq materiallarına əsasən, Braun 2023-cü ilin fevral ayında gecə klubunda prodüser Abrahama şüşə ilə zərbə endirərək ona ağır bədən xəsarətləri yetirib.
İclasdan əvvəl Braun haqqında iki əlavə ittiham da irəli sürülüb.
Bu ittihamlarla bağlı məhkəmə dinləməsi 11 iyul 2025-ci il tarixinə təxirə salınıb. Əsas məhkəmə prosesi isə 26 oktyabr 2026-cı ildə keçiriləcək.
Qeyd edək ki, Kris Braun may ayında Mançesterdə saxlanılıb və bir həftəyə yaxın həbsdə qaldıqdan sonra 5 milyon funt sterlinq girov qarşılığında azadlığa buraxılıb. O, məhkəmə iclasına Kardiffdəki konsertindən dərhal sonra qatılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.