AZ

İranda 5,5 bal gücündə zəlzələ oldu

BAKI, 20 iyun. TELEQRAF

İranın paytaxtı Tehranın şərqindəki Semnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, episentri Sorhe rayonunda olan 5,5 bal gücündə zəlzələ yerli vaxtla saat 21.19-da qeydə alınıb.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Təbii fəlakətin Tehranın şərqindəki rayonlarda da hiss olunduğu bildirilsə də, mümkün dağıntılar barədə məlumat verilməyib.

Seçilən
34
1
teleqraf.com

3Mənbələr