Bakı. Trend:
İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 124 minnəfərin yaşadığı Semnan şəhərindən 36 kilometr şimal-qərbdəyerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Yerlərdəvəziyyət araşdırılır.