“Monako” futbolçusu Aleksandr Qolovinlə yolları ayırmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Fransa klubu rusiyalı yarımmüdafiəçini satışa çıxarıb.
Qolovinin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. O, başa çatan mövsümdə 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.