AZ

Aİ İsrailin Assosiasiya Sazişini pozduğuna dair əlamətlər müşahidə edib

Avropa İttifaqı (Aİ) İsrailin İttifaqla imzalanmış Assosiasiya Sazişini pozduğuna dair əlamətlərin olduğunu bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ agentliyi özündə olan sənədə istinadla məlumat yayıb.

Sənədə əsasən, Avropa Xarici Fəaliyyət Xidməti bir sıra müstəqil beynəlxalq institutların qiymətləndirmələrinə əsaslanaraq hesab edir ki, İsrailin insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri pozduğuna dair əlamətlər mövcuddur.

Söhbət Avropa İttifaqı ilə İsrail arasında bağlanmış Assosiasiya Sazişinin 2-ci maddəsində əksini tapan öhdəliklərdən gedir.

Seçilən
15
6
nocomment.az

7Mənbələr