AZ

Aşağı liqaya yuvarlandılar, baş məşqçi postundan qovuldu

Belçikanın “Beerşot” klubu baş məşqçi Dirk Kuytun istefasını rəsmi olaraq təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, klub bu barədə rəsmi saytında məlumat yayıb.

2024-cü ilin əvvəlindən “Beerşot”a rəhbərlik edən niderlandlı mütəxəssis komanda ilə ötən mövsüm Belçika çempionatının yüksək liqasına qalxmağa nail olmuşdu. Ancaq uğur uzun çəkmədi.

Komanda cari ilin yazında mövsümü turnir cədvəlinin sonuncu pilləsində başa vuraraq, elitadan kənarlaşdırıldı.

Futbol ictimaiyyəti Dirk Kuytu daha çox 2006-2012-ci illərdə “Liverpul”dakı çıxışı ilə tanıyır. Son zamanlar onun “qırmızılar”a qayıdaraq, Arne Slotun məşqçilər heyətinə qoşulacağı barədə şayiələr dolaşırdı.

Seçilən
4
sportinfo.az

1Mənbələr