AZ

Siqaret və spirtli içki bu xəstəliyi yaradır 

Alimlər siqaret və spirtli içki istifadəsinin ağız xərçənginə səbəb ola biləcəyini vurğulayırlar.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə, 2 həftədən uzun sürən alt dodaq və ağız yaraları təhlükə siqnalıdır. Belə hallarda biopsiya nəticələri tez-tez xərçəng hüceyrələrini üzə çıxarır.

Ağız xərçəngi estetik, funksional və psixoloji fəsadlara səbəb ola bilər. Xəstəlik ətraf toxumalara da yayıla bilər, bu da geniş müalicə tələb edir.

Mütəxəssis ildə 1-2 dəfə diş həkimi müayinəsizərərli vərdişlərdən uzaq durmağı tövsiyə edir. Ağızdakı yara 15 gündən çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir.

Seçilən
4
manset.az

1Mənbələr