Kobuleti–Batumi dolama mərkəzi avtomobil yolunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində ana və övladı hadisə yerində həyatını itirib, daha bir yaralı isə xəstəxanada həyata gözlərini yumub.
News24.az xəbər verir ki, qəza ötən gecə Xutsubani kəndi yaxınlığında qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, hadisə minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.