AZ

Çempionluq döyüşündən sonra yaddaşını itirdi

Yapon boksçusu Tsutomu Sasaki amerikalı Brayan Normanla WBO versiyası üzrə dünya yüngül çəkisi titulu uğrunda döyüşdən sonra ayyarım yaddaşını itirib. 

HİT.az xəbər verir ki, bu barədə daily.co.jp məlumat yayıb.

Sasaki ilə Norman arasında döyüş iyunun 19-da Tokioda baş tutub. Artıq birinci raundda amerikalı yaponu iki dəfə yerə yıxıb və beşinci raundda hakim Normanın başına son zərbəni vurduqdan sonra mübarizəni dayandırmalı olub.

Zərbədən sonra Sasaki yıxılıb və başının arxasına dəyib, huşunu itirib. Boksçu təxminən bir dəqiqə huşsuz vəziyyətdə yatıb, bundan sonra onu xərəkdə aparıblar.

Xəstəxana yapon boksçunun ayyarımlıq yaddaşını itirdiyini üzə çıxarıb. Sasaki döyüşün gedişatını və hətta onun necə təşkil olunduğunu xatırlaya bilmir.

"Sasaki xəstəxanaya aparılıb, orada tibbi müayinələr, o cümlədən KT müayinəsi aparılıb. Onun heç bir fiziki xəsarəti və daxili qanaxması yoxdur, lakin başının arxasına güclü zərbələr alıb və yaddaşını itirib. Sasakinin vəziyyətinə nəzarət edəcəyik", deyə təşkilatçı Nakai İssei bildirib.

Samir

Seçilən
2
hit.az

1Mənbələr