AZ

“Kim olduğumuzu bilirik, heç kimdən çəkinmirik” – “Selye”nin baş məşqçisi

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye”nin yay təlim-məşq toplanışına başladığını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, “qraflar”ın baş məşqçisi Albert Riera klubun rəsmi saytına müsahibəsində komandanın son durumundan bəhs edib. İspaniyalı mütəxəssis “bayquşlar”la matç haqda fikirlərini də bölüşüb.

– Komanda 23 günlük istirahətdən sonra toparlandı. 63 matç keçirdiyiniz mövsümdən sonra futbolçuların fiziki və psixoloji baxımdan istirahət etməsi üçün yetərli vaxt oldumu?
– İstəsəz, fiziki hazırlıq üzrə məşqçilərə də bu sualı verə bilərsiz. Cavab eyni olacaq: 23 gün kifayət etmir. Milli üzvü olan oyunçular cəmi 12 gün dincələ bildi. Onlara daha çox vaxt vermək istərdim. Ancaq bizi çətin mövsüm gözləyir. Çalışmalıyıq.

– Yəqin ki, yoxlama oyunlarında bəzi futbolçulara az şans verəcəksiz...
– Bəli, hər klub kimi, biz də akademiyamızın yetirmələrinə güvənmək istəyirik. Sloveniyalı gənclərə şans vermək niyyətindəyəm. Legioner meydana çıxmaq istəyirsə, yerlilərdən azı iki dəfə üstün olduğunu sübut etməlidi. Hazırlıq prosesində akademiyamızın 6 yetirməsi iştirak edir. İnanırıq ki, onlar sınaqdan keçəcək və yeni mövsümdə qazanacağımız uğurlar banisi olacaq. Hər şey özlərindən asılıdı.

– Hazırlıq prosesi iki hissəyə bölünəcək. Nələrə diqqət edəcəksiz?
– İlk növbədə fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə vaxt ayıracağıq. İkinci hissə daha çox topla davranışa həsr ediləcək. Bu vaxt ərzində komandanın ideyası və oyun üslubu müəyyənləşəcək. Hələ bəzi futbolçular mənim iş tərzimi tam mənimsəməyib. Onları böyük uğurlar qazanmağın mümkünsüz olmadığına inandırmaq istəyirəm.

– Heyətdə hansı dəyişikliklər gözlənilir?
– Ötən mövsüm komanda üçün faydalı olan bütün futbolçuları saxlamaq və yeni oyunçular ilə anlaşmaq lazımdı. Bu barədə klub prezidenti Valeri Kolotiloya məlumat vermişəm. Ölkədaxili turnirlərdə və avrokuboklarda daha yüksək pillələrə çatmalıyıq. Hamı istəyir ki, karyerası uğurlarla dolu olsun.

– Həmişə deyirsiz ki, yaxşı məşq pis matçdan yaxşıdı. Niyə belə düşünürsüz?
– Təcrübəm və futbola baxış tərzim məni belə düşünməyə vadar edir. Hazırlıq dövründə kifayət qədər çalışmasan, keyfiyyətini göstərə bilməsən, matçda nəsə edə bilməzsən. Həmçinin pis oyun futbolçular üçün mənfi nəticələr yarada bilər.Kəmiyyət yox, keyfiyyət önəmlidi.

– Avropa Liqasındakı rəqibiniz “Sabah”la bağlı fikriniz necədi?
– Bəli, uğura gedən yolda ilk maneə “Sabah”dı. Hələ qarşılaşmaya qədər vaxt var. “Sabah”ı hərtərəfli təhlil edəcəyik. Ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı çox yaxşı matçlarımız keçib. Buna görə özümüzə inanırıq. Avrokuboklarda 1/4 finala yüksələn ilk Sloveniya klubuyuq. Komanda və klub daxilində motivasiyamız yüksəkdi. Azarkeşlərimizin gözləntisi də böyükdü. Ancaq futbolda keçmişlə yaşamaq olmaz. Əlbəttə, fantastik uğurlar qazanmışıq və yeni mövsümə eyni hədəflə, eyni mentallıqla qədəm qoyuruq. Kim olduğumuzu bilirik, heç kimdən çəkinmirik. İstənilən komandaya qarşı rəqabət apara biləcəyimizi sübut etmişik və indi yeni zirvələrə can atırıq.

KƏNAN BAHADIR

Seçilən
5
1
football-plus.az

2Mənbələr