AZ

Avrokuboklarda çıxış edəcək komandamızda AYRILIQ - SON DƏQİQƏ

"Sabah"da növbəti ayrılıq dəqiqləşib.

Söhbət qapıçı Yusif İmanovdan gedir.

O, Avstriya toplanışına yollanacaq kollektivdə yer almayacaq.

22 yaşlı kiperi yeni mövsüm başqa klubun formasında görəcəyik.

Onun xidmətində bir neçə klub maraqlıdır.

2026-cı ilin yayına qədər müqaviləsi olan futbolçu həmin müştərilərdən birinə icarəyə veriləcək.

Milli komandamızın üzvü Masazır təmsilçisinin yetirməsidir.

O bu klubda 94 oyunda meydanda olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr