"Real Madrid" “Bayer Leverkuzen”in futbolçusu Grimaldonu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Real” əvvəlcə "Benfika"nın futbolçusu Alvaro Carrerası transfer etmək istəsə də, tərəflər razılığa gələ bilməyib. Futbolçunun İspaniya nəhənginə qoşulmaq istəyinə baxmayaraq, “Benfika” 50 milyon avro transfer tələbində endirim etməyib. Ardınca məşqçi Xabi Alonso keçmiş klubunda birgə işlədiyi Grimaldonun transfer edilməsini tələb edib. Yeni müdafiəçi transferindən sonra Fran Qarsianın ehtiyatda qalacağı deyilir. Qeyd edək ki, Grimaldo “Benfika”ya transfer olmazdan əvvəl “Barselona”nın gənclər akademiyası olan La Masiada futbol oynayıb.