AZ

Aİ Yaxın Şərqdəki xaosa görə Rusiya neftinin qiymətini endirməyəcək

Avropa İttifaqı Rusiya nefti üçün yeni qiymət tavanı müəyyən etmək planlarını irəli sürməyəcək. Qərar Yaxın Şərqdə yeni münaqişənin neftin bahalaşmasına səbəb olacağı qorxusu ilə bağlıdır.

HİT.az "Politico"ya istinadən xəbər verir ki, Moskva neftinin bir barelinin qiymətini 60 dollardan 45 dollara endirəcək təklif bazar ertəsi Brüsseldə blokun xarici işlər nazirləri tərəfindən müzakirə edilməli idi. Bununla belə, iki diplomat bildirib ki, İsrail və İran arasında artan münaqişə bu planın artıq həyata keçirilə bilməyəcəyi anlamına gəlir.

"Qiymət həddinin endirilməsi ideyasının Yaxın Şərqdəki beynəlxalq vəziyyət və qeyri-sabitlik səbəbindən reallaşa bilməyəcəyi ehtimalı azdır. Bu həftə keçirilən G7-nin iclasında bütün ölkələr razılaşdı ki, onlar indi qərar qəbul etməməyə üstünlük verirlər. Qiymətlər həddə kifayət qədər yaxın idi, lakin indi yüksəlir və enir, hazırda vəziyyət çox qeyri-sabitdir", deyə mənbə bildirib.

Barreli 45 dollara endirmək təklifi yüksək hərbi xərcləri saxlamaqda və dövlət büdcəsində boşluqlar açmaqda çətinlik çəkən Rusiya üçün milyardlarla dollar neft gəlirlərinin itirilməsi ilə nəticələnəcək.

İlkin olaraq Ukrayna tərəfindən təklif edilən tavan qiymətin azaldılması Aİ-nin 18-ci sanksiyalar paketinin mətninə daxil edilib. Lakin ekspertlər bildirirlər ki, ABŞ prezidenti Donald Trampın dəstəyi olmadan bu ideyanın həyata keçirilməsi sual altındadır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun sanksiyalar üzrə eksperti Mariya Şagina deyib: "ABŞ-ın razılığı olmadan tavan qiymətinin azaldılması effektiv olmayacaq".

O, həmçinin sanksiyalara əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb, çünki hazırda Rusiya neftinin təxminən 90%-i müəyyən edilmiş həddi aşan qiymətə verilir.

Samir
 

Seçilən
2
hit.az

1Mənbələr