Qlobal temperaturun artması iqlim fəlakətlərinin kəskin artmasına səbəb olacaq.
QHT.az xəbər verir ki, dünya iqlim fəlakətinin astanasındadır; istixana qazları emissiyaları artmaqda davam edir və 1,5°C istiləşmə hədəfi üçün şanslar sürətlə azalır. BMT-nin 60-dan çox aliminin hesabatına görə, emissiyalar dərhal azalmasa, bəşəriyyət 3 il ərzində kritik həddi keçəcək. 2025-ci ildən qalan "karbon büdcəsi" yalnız 130 milyard ton CO₂ olacaq və 2028-ci ilə qədər tükənəcək. Alimlər, planetin temperaturunun 1,24°C yüksəldiyini və bu artımın əsasən insan fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Cari templərlə, 1,6-1,7°C həddi keçəcək və iqlim fəlakətləri artacaq. 2019-cu ildən bəri dəniz səviyyəsi 26 mm artıb. Alimlər, emissiyaların əhəmiyyətli dərəcədə azaldılması ilə hələ də nəticələri yumşaltma şansı olduğunu qeyd edirlər.
Pərvanə Fərhadqızı