Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı ruslar və ukraynalıların bir xalq olduğunu bildirib.
Publika.az xəbər verir ki, eyni zamanda o, “bu mənada bütün Ukrayna bizimdir”, - deyib.
Rusiya lideri vurğulayıb: “rus əsgərinin ayağı hara basırsa, ora bizim olur”.
Bundan əlavə, o qeyd edib ki, Ukraynada müstəqillik və suverenlik uğrunda mübarizə aparan çoxlu sayda insan var. Putin Rusiyanın bu hüququ heç vaxt şübhə altına almadığını qeyd edib.