Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Suriyada 14 ildir davam edən qarşıdurma səbəbindən qonşu ölkələrdə yaşayan 600 min qaçqının ölkələrinə qayıtdığını bildirib.
Qrandi, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qayıdışla bağlı X-də yazı paylaşıb.
Qrandi bu günün Ümumdünya Qaçqınlar Günü olduğunu xatırladıb və "14 illik qarşıdurmadan sonra qonşu ölkələrdən qayıdan 600 min insanın bəziləri ilə bu günü Suriyada keçirirəm",- deyə qeyd edib.
Qrandi Suriyanın geri qayıdanların təhlükəsizlik, imkanlar və dəstək təmin olunarsa, nəhayət qaçqın statusunu tərk edə biləcəyi bir yer olduğuna diqqət çəkib.