Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Sürücülərin yol hərəkəti qaydalarını pozması halları paytaxt ərazisində artıq adi hala çevrilib.
Avtosfer.az xəbər verir ki, “BYD” markalı 77-SM-317 qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakının Nərimanov və Nizami rayonları ərazisində sürət həddini dəfələrlə aşıb. Bu azmış kimi yolda sola və sağa sərt manevrlər edərək digər nəqliyyat vasitələrinə də çətinlik yaradıb.
Saytımızın sosial şəbəkə hesabına göndərilən video və fotolardan da məlum olur ki, taksi sürücüsü Heydər Əliyev prospektində sürət həddi 70 kilometr-saat olsa da, avtomobili 102 kilometr-saat sürətlə idarə edir. Videonu bizə göndərən sərnişin deyir ki, sürücü Mikayıl Əliyev küçəsindən “Madonna” Şadlıq evinin qarşısındakı dairəyə qədər nəqliyyat vasitəsini 126 kilometr-saat sürətə qaldırıbmış. Görüntülərdə bu da öz əksini tapıb.
Qeyd edək ki, sürət həddini aşma inzibati xəta hesab olunur və sürücü buna görə cərimə edilə bilər.
Səfər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.