“Qarabağ” Pedro Bikalyonun transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı dayaq yarımmüdafiəçisi Ağdam klubunda 35 nömrəli formanı geyinəcək.
Pedro Bikalyo ötən mövsüm icarə əsasında Portuqaliyanın “Alverka” klubunda çıxış edib.
24 yaşlı futbolçu 2-ci Liqa təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 2 qol vurub.