“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” Macarıstan millisinin sol cinah müdafiəçisi Miloş Kerkezlə bütün şəxsi şərtlərdə razılığa gəlib. Klub bu transfer üçün “Bornmut”a 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
21 yaşlı futbolçu yaxın günlərdə “Liverpul” üçün tibbi müayinələrdən keçəcək və transfer rəsmiləşəcək.