Kvinsi Promes Dubaydan Niderlanda ekstradisiya edilib.
Publika.az xəbər verir ki, “De Telegraaf”a görə, Promes Ədliyyə Nazirliyi tərəfindən icarəyə götürülmüş “Challenger 604” təyyarəsi ilə aparılıb. Futbolçu istintaq təcridxanasına aparılacaq və orada cəzasını çəkməyə başlayacaq.
Apellyasiya məhkəməsində hökmlər qüvvədə saxlanılsa, 2030-cu ilə qədər şərti azadlığa buraxılması mümkün olmayacaq.