AZ

Cenevrədə Avropa ölkələri ilə İran arasında danışıqlar başlayıb

Cenevrədə İran və Almaniya, Fransa və İngiltərə arasında yüksək səviyyəli görüş başlayıb. İran, Almaniya, Fransa və İngiltərə xarici işlər nazirlərinin iştirak etdiyi toplantıda İsrailin İrana hücumları və İranın nüvə proqramı ilə başlayan münaqişələrin müzakirə ediləcəyi gözlənilir.

İsveçrənin Cenevrə şəhərindəki oteldə başlayan görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi, Almaniyanın xarici işlər naziri Yohan Vadeful, İngiltərənin xarici işlər naziri David Lammi, Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və onu müşayiət edən nümayəndə heyətləri iştirak edib.

Beynəlxalq mətbuatın böyük marağına səbəb olan görüşdə İranın nüvə proqramı və İsrailin İrana hücumları ilə başlayan münaqişələrin müzakirə ediləcəyi gözlənilir.

İranın xarici işlər naziri Əraqçi iclasdan əvvəl Tehranda İran dövlət televiziyasına verdiyi açıqlamada, "ABŞ-ni İrana hücumda İsrailin həmkarı və ortağı olaraq görürük. Sionist rejimin hücumları davam edərkən, ABŞ danışıqlar tələb edir və bir neçə dəfə mesajlar göndərib. Hücumlar dayanmayınca heç bir danışıqlardan söhbət gedə bilməz" deyib.

Fransa prezidenti Emmanuel Makron ölkəsinin xarici işlər naziri Barrotun avropalı və iranlı həmkarları ilə Cenevrədə görüşəcəyini və görüş zamanı nüvə məsələsində İrana diplomatik və texniki danışıqlar təklifinin çatdırılacağını bildirib.

Seçilən
5
aznews.az

1Mənbələr