“Başakşəhər” İtaliyanın “Roma” klubunda çıxış edən özbək hücumçu Eldor Şomurodovla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, transferin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Bir müddətdir tərəflər arasında danışıqlar davam edir.
Klublar 7-8 milyon avro aralığında bir transfer haqqı üçün müzakirələr aparır.
Özbək futbolçunun gələcək karyerasını hansı ölkədə davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq.