AZ

Rusiyada həmyerlimizin düşdüyü qəzanın anbaan görüntüsü yayıldı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Rusiyada həmyerlimizin uğradığı qəzanın görüntüsü sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə səhər saatlarında qeydə alınıb. Belə ki, “VAZ-2104” markalı maşın yolayırıcına daxil olan avtomobilə çırpılıb. Kadrdan da göründüyü kimi, yolayırıcına girən maşın dayanaraq baş yoldan gələn sürücülərin yolunu kəsib. Nəticədə o, öncə “VAZ-2109” markalı maşına təhlükə yaradıb. Sürücü sola - qarşı tərəfə manevr edərək qəzadan yayınıb. Arxadan gələn “VAZ-2104” markalı avtomobilin sürücüsü isə əyləci çəkərək təhlükədən xilas olmağa çalışsa da onun bu cəhdi uğursuzluqla nəticələnib.

Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr