Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, 15-17 yaşlı qızın doğuş yolları hələ tam inkişaf etmiş olmur və ana üçün doğuş travmatik keçə bilər. Bununla da ölüm ehtimalı artmış hesab olunur:
"Erkən hamiləlikdə dünyaya gələn uşaqların qüsurlu və şikəst doğulma ehtimalını da yüksəkdir. Vaxtından tez edilmiş doğuşlar da dünyaya gələn körpənin qüsurlu və şikəst doğulmasının bir nömrəli səbəbidir. Bu səbəbdən də erkən nikahın qarşısı alınmalıdır".
Sevinc