İsveçrənin Xarici İşlər Federal Departamenti İrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, qurum buna səbəb kimi intensiv hərbi əməliyyatları və son dərəcə qeyri-sabit vəziyyəti göstərib.
"Bütün xarici əməkdaşlar artıq İranı tərk edib və təhlükəsizlikdədirlər", - deyə qurumun bəyanatında bildirilib.