AZ

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir – SİYAHI

“Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün bir sıra əsaslar nəzərdə tutulub. Qanunvericiliyə görə, çağırışa möhlət rayon və şəhər çağırış komissiyasının qərarı ilə aşağıdakı hallarda verilir:

18.1.1. ailə vəziyyətinə görə;

18.1.2. sağlamlıq vəziyyətinə görə;

18.1.3. təhsili davam etdirmək üçün;

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə səsləndirib.

Vəkil

“Həmin qanuna istinadən, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

1) başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana;

2) 3 və daha çox uşaq;

3) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad;

4) 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

5) 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda”.

Hüquqşünas qeyd edib ki, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

“Bu Qanunda nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısı və ya onların ailə üzvləri nəzərdə tutulur”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
7
2
konkret.az

3Mənbələr