AZ

“Müqəddəs Mübarizə”nin 40 üzvü saxlanılıb Aralarında konyak zavodunun sahibi da var

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün İrəvanda və bölgələrdə “Müqəddəs Mübarizə” hərəkatının 40 üzvü saxlanılıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə müxalif hərəkatın üzvü Lidiya Mantaşyan erməni mətbuatına məlumat verib.

Onun sözlərinə görə, həbslər evlərdə axtarışlarla müşayiət olunub: "Daxili İşlər Nazirliyinin bəyanatına görə, onlar ictimai asayişi pozduqlarına görə saxlanılıblar, lakin biz bunları Nikol Paşinyanın Türkiyəyə səfəri ilə əlaqələndiririk. Görünür, orada hansısa söhbət olacaq, yaxud hansısa sənəd imzalanacaq, ona görə də burada mümkün müqavimətin qarşısını almaq istəyirlər".

Maraqlıdır ki, həbs olunanlar arasında konyak zavodunun sahibi Ayk Şahnazaryan da var.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr