ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İranla müharibəyə başlamamaq barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
"Bu ssenarinin təkrarı ölkəni məhv edər. Bizə başqa İraq lazım deyil", - deyə Bannon qeyd edib.
Qeyd edək ki, bundan əvvəl "Economist/YouGov"-un sorğusuna əsasən, Tramp tərəfdarlarının yalnız 19%-i ABŞ-ın Yaxın Şərqə hərbi müdaxiləsini dəstəkləyir.