AZ

Belal Muhammad: Bakıda hər şey möhtəşəmdir

BAKI. 20 iyun. TELEQRAF

"Salam Azərbaycan Salam Bakı! iki həftədir burdayam. Hər şey möhtəşəmdir".

Teleqraf-ın məlumatına görə, bunu UFC döyüşçüsü Belal Muhammad Bakıda keçiriləcək “UFC Döyüş Gecəsi"nin rəsmi çəkiölçmə mərasimində deyib.

Bakı Kristal Zalında təşkil olunan tədbirdə o,
Şavkat Raxmonovla döyüşə hazır olduğunu bildirib: "Şavkat UFC-də topda olan döyüşçülərdən biridir. Niyə də yox?! Növbəti döyüşüm çempionluga aparan qarşılaşma olacaq. İnanıram ki, yolum açılacaq”.

Muhammad "Merab Dvalişvili, yoxsa Umar Nurməhəmmədov daha güclüdür" sualını isə belə cavablandırıb: "Onların hər ikisi güclüdür. Öz divizionlarının krallarıdır".

Qeyd edək ki, “UFC Döyüş Gecəsi" iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

Seçilən
13
teleqraf.com

1Mənbələr