AZ

Türkiyə xaricdə əmlak alqı-satqısı üzrə dünya rekordu qırdı

Türkiyə vətəndaşı Dubayda 130 milyon dollara ev almaqla “dünya rekordu” qırıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” nəşri 2024-cü ildə Türkiyə vətəndaşlarının xaricdə daşınmaz əmlak alması ilə bağlı statistikanı təhlil edərkən yazıb.

"2024-cü ildə bir türkün Dubayda 130 milyon dollara ev almaqla "dünya rekordu qırması" xəbəri də çıxıb. Onun kimliyi açıqlanmadı, ancaq Türkiyə vətəndaşı olduğu məlum idi", - nəşr yazır.

"Ekonomim" qeyd edir ki, 2025-ci ildə hər ay yanvardan aprel ayına qədər türklər xaricdə xaricilərin Türkiyədə aldığından daha çox daşınmaz əmlak alıblar. Beləliklə də, Türkiyə “saf daşınmaz əmlak investoruna” çevrilib”, - deyə nəşr qeyd edib.

Məlumata görə, bu ilin ilk dörd ayında Türkiyədən daşınmaz əmlak almaq üçün çıxan məbləğ 793 milyon, ölkəyə daxil olan məbləğ isə 555 milyon dollar olub.

Seçilən
1
publika.az

1Mənbələr