AZ

"Neftçi" Avropaya gedir: İkisinin adı açıqlandı - FOTOLAR

“Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.

Komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində keçiriləcək.

Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcəyi bildirilib.

Seçilən
5
sportinfo.az

1Mənbələr