AZ

Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib Bakı təhsilində şok

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan təhsil sistemində ağılagəlməz hadisə baş verib. Orta məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib, bu da valideynlərin ciddi narazılığına səbəb olub.

“AzPolitika” xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseydə baş verib.

Valideynlərdən biri saytımıza bildirib ki, 7-8-ci siniflərdə oxuyan uşaqların nadincliyi onları təəssüfləndirən və qəzəbləndirən sonluqla yekunlaşıb:

“Məktəbdə dərslər yekunlaşdığı günlərdə uşaqlar bizdən məktəbə ağ göynək və rəng aparmağa icazə istədilər. Bildirdilər ki, şagirdlər xatirə üçün əllərini rəngə boyayıb bir-birlərinin köynəklərinə vuracaqlar və sonra köynəyi xatirə kimi saxlayacaqlar. Mərasim sinif otağında təşkil olunub, nəticədə uşaqlar rəngi yerə, partalara töküblər. Müəllimlər, direktor Mətanət Cabbarlı valideynləri toplayıb narazılığını bildirdi, biz də müəllimlər də uşaqları danladıq və sinif otaqlarını təmizlədik”.

Valideyn bildirir ki, hadisənin bitdiyini zənn etsələr də, sonrakı günlərdə polisdən gələn zəng onları şoka salıb:

“Tələb edirdilər ki, uşaqları da götürün, polis bölməsinə gəlin, direktor sizin övladlarınızadan şikayətçidir, izahat və təhqiqat aparılmalıdır. Biz bildirdik ki, azyaşlı uşaqların polisə aparılması, izahat verməsi onlarda ciddi travma yaradar. Amma belə məlum oldu ki, direktor M.Cabbarlı uşaqların polis tərəfindən cəzalandırılmasında israrlıdır, o, tez-tez zəng vurub polisə təzyiq göstərməyə cəhd edir”.

Valideynlər saytımız vasitəsi ilə Elm və Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil İdarəsinə müraciət edərək, direktor Mətanət Cabbarlının bu ağılasızğmaz hərəkəti barədə ölçü götürməyi xahiş edirlər.

Qeyd edək ki, sözügedən məktəb-lisey barədə internetdə axtarış edərkən təhsil ocağı ilə bir araya sığmayan neqativ xəbərlərlə üzləşdik. Müxtəlif saytlarda məktəbdə şagirdlərdən, müəllimlərdən pul yığılması, təhsil mühitinin olmaması, direktorun özbaşınalıqları və s. barədə onlarla məqalə yazılıb. Ümid edirik ki, aidiyatı qurumlar 62 saylı məktəb-lisey haqda valideynlərin bu şikayəti barədə də araşdırma aparacaqlar.

Valideynlərin şikayəti ilə bağlı 62 saylı məktəb-liseylə əlaqə saxladıq. Bildirildi ki, rəhbərlik hazırda iclasdadır və bir qədər sonra suallarımız cavablandırılacaq. Lakin daha sonra məktəbdən zənglərimizə cavab verilmədi – telefon dəstəyi qaldırılmadı.

Rasim Əliyev AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
azpolitika.info

1Mənbələr