Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, rusiyalı Aleksey Overçuk Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya-Ermənistan” biznes-dialoqunda çıxışı zamanı belə deyib. “Avropa İttifaqının (Aİ) səması Rusiya təyyarələri üçün bağlıdır. Ermənistan da öz səmasını bağlayacaqmı? Əgər siz Aİ-yə daxil olsanız, Brüssel sizə “səmanızı bağlayın” desə, sizin seçiminiz qalmayacaq”, - rusiyalı məmur vurğulayıb. Overçuk onu da bildirib ki, Rusiya tərəfi bu ssenarini nəzərə alıb və vəziyyətin qiymətləndirilməsi ilə məşğuldur.
Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi
Xatırladaq ki, bu il aprelin əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə “qoşulması prosesinin başlanması” haqqında qanun imzalayıb. Sənəddə yalnız bir cümlə var və keçmiş Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyanın dediyi kimi, bu, Ermənistanın rəsmi dəvət olunmadığı Aİ-yə üzvlük müraciəti deyil. Lakin rəsmi İrəvan ümid edir ki, sənəd ölkənin “suverenliyini və dayanıqlılığını artıracaq” Bununla belə, bir müddət əvvəl Ermənistan Xarici İşlər naziri respublikanın Aİ-yə daxil olmaq üçün müraciət etmədiyini açıqlayıb. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.