AZ

Atəşkəs olmasa  İran danışıqlara getməyəcək- Əraqçi

ABŞ İranla danışıqların aparılmasını istəyib, lakin Tehran İsrailin zərbələri qarşısında bunun mümkün olmadığını bildirib. Vətəninfo.az xəbər verir ki , bu barədə RİA Novosti İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.

İran dövlət televiziyası ilə çıxışında deyib: “İndiki şəraitdə nə qədər ki, sionist rejimin İrana hücumları davam edir, biz heç kimlə danışıqlar aparmaq istəmirik… Amerikalılar onları istəyir, onlar bir neçə dəfə mesajlar, ciddi mesajlar göndəriblər, lakin biz onlara açıq şəkildə bildirdik ki, təcavüz dayandırılmayana qədər dialoq və diplomatiyadan söhbət gedə bilməz”.

Abbas Əraqçi həmçinin bəyan edib ki, ABŞ İsrailin İrana təcavüzündə şərikdir.

“Biz amerikalıları sionist rejimin İrana təcavüzündə onun tərəfdaşları və şərikləri hesab edirik”, – diplomat bildirib.

Seçilən
0
veteninfo.az

1Mənbələr